EN

Saralmış tülləriniz ağappaq olacaq - Bu üsulla yuyun

Zaman keçdikcə tüllər ilk günkü ağlığını itirir, çünki üzərində çoxlu toz yığılır. Xüsusilə mətbəx pərdələrində yağ ləkələri saralmanı artırır.

Day.Az xəbər verir ki, Lent.az ən saralmış tüllər belə ağardan qarışımı sizə təqdim edir:

Bəzən ev sahibləri tülün əvvəlki təravətini qaytarmaqda çətinlik çəkirlər. Lakin bu problemi sürətli və ucuz üsulla həll etmək mümkündür. Bunun üçün hər evdə olan iki vasitədən istifadə edə bilərsiniz

Tülü necə ağartmaq olar: ən sadə və effektiv üsul

Lazım olanlar:

Təsərrüfat sabunu və qab yumaq üçün maye deterjan.

Hazırlanma və tətbiq qaydası:

1. Təsərrüfat sabununu rəndələyin və bir az qab yumaq üçün maye ilə qarışdırın.

2. Alınan pastanı nəmləndirilmiş tülün üzərinə yaxşıca çəkin.

3. Tülü ləyənə qoyun, üzərinə qaynar su əlavə edin və 1.5 saat saxlayın.

4. Tülü yaxşıca yaxalayın ki, yuyucu maddələrdən və çirklərdən tam təmizlənsin.

5. Daha da təsirli olması üçün paltaryuyan maşında bir xörək qaşığı ağardıcı vasitə əlavə edərək yuyun.

Chosen
59
day.az

1Sources