EN

KİV: ABŞ Rusiyanın “kölgə donanması”na qarşı işçi qrup yaradılmasına razılıq vermir

ABŞ Kanadanın Rusiyanın neftinin daşınmasının həyata keçirən “kölgə donanması”yla əlaqədar işçi qrup yaradılması barədə təklifinə qarşı çıxıb.

APA-nın xəbərinə görə, bu barədə “Bloomberg” məlumat yayıb.

Kanada bununla bağlı məsələnin razılaşdırılaraq G7 sammitində müzakirəyə çıxarılmasını təklif etsə də, Vaşinqton Çinə qarşı atılacaq addımların sərtləşdirilməsini, Rusiyaya yönəlik ritorikanın isə yumşaldılmasını vacib sayıb.

“Bloomberg” ABŞ-ın tək işçi qrupunun yaradılmasına veto qoymadığını, həmçinin G7 sammitinin Bəyanatının layihəsində Rusiyaya qarşı sanksiya ifadəsinin yer almasını da istəmədiyini yazıb.

Chosen
16
1
apa.az

2Sources