EN

Qaxda 53 yaşlı kişini maşın vuraraq öldürdü

Qaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

”Yeni Gundem” xəbər verir ki, hadisə Qax rayonunun Ləkit kəndi ərazisində baş verib.

1972-ci il təvəllüdlü Həsənov Natiq Tofiq oğlunu avtomobil vurub.

Yaralı Zaqatala Diaqnostika Mərkəzinə çatdırılıb. Həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Chosen
34
1
yenigundem.az

10Sources