EN

Partizanlar Krımda Rusiya işğalçılarının maddi-texniki təminatını uğurla pozdu... - “Ateş”

Yazını böyüt
Yazını kiçilt

“Ateş” partizan hərəkatının agentləri Ukraynanın Rusiya işğalı altındakı Krım Respublikasının Cankoy rayonunda işğalçıların maddi-texniki təchizatını pozmaq üçün əməliyyatı uğurla həyata keçiriblər.

Hafta.az “TSN” kanalına istinadla xəbər verir ki, bu barədə “Ateş” nümayəndələri məlumat yayıb.

Partizanlar Zaporojye bölgəsinə gedən yanacaq daşıyan qatarın izinə düşüb və infrastruktura hücum ediblər. Nəticədə  dəmiryolu üzərindəki rele şkafı dağıdılıb ki, bu da avadanlığı daşınmasını ləngidib və tədarükdə xeyli problemlər yaradıb.

Əməliyyat Cankoy rayonunun Stolbovoye kəndi yaxınlığında həyata keçirilib.

Partizanlar vurğulayırlar: “Krım Ukraynadır və hər bir işğalçı məhv ediləcək!”

Chosen
20
hafta.az

1Sources