EN

Argentinada daşqın qurbanlarının sayı artdı

Argentinada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.   Manset.az xəbər verir ki, bu barədə Buenos-Ayres əyalətinin polisi məlumat yayıb. Qeyd edilir ki, daşqınlardan zərər çəkmiş liman şəhəri Baiya-Blanka şəhərində ölənlərin sayı artıb. Açıqlamada axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyi bildirilir. Evlər və bir sıra inzibati binaların su altında qaldığı Baiya-Blankada elektrik enerjisi də kəsilib. Təhlükəsizlik naziri Patrisiya Bullriç və müdafiə naziri Luis Petri daşqından zərər çəkmiş şəhərə baxış keçirib.

Yerli medianın məlumatına görə, şəhərdə təxliyə edilənlərin sayı 900-ü keçib.

Chosen
57
10
manset.az

10Sources