EN

Argentinada daşqın - Yüzlərlə insan təxliyə olundu

Argentinada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Buenos-Ayres əyalətinin polisi məlumat yayıb.

 

Qeyd edilir ki, daşqınlardan zərər çəkmiş liman şəhəri Baiya-Blanka şəhərində ölənlərin sayı artıb. Açıqlamada axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyi bildirilir.

 

Evlər və bir sıra inzibati binaların su altında qaldığı Baiya-Blankada elektrik enerjisi də kəsilib.

 

Təhlükəsizlik naziri Patrisiya Bullriç və müdafiə naziri Luis Petri daşqından zərər çəkmiş şəhərə baxış keçirib.

Chosen
41
10
modern.az

10Sources