Argentinada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
Bu barədə Buenos-Ayres əyalətinin polisi məlumat yayıb.
Qeyd edilir ki, daşqınlardan zərər çəkmiş liman şəhəri Baiya-Blanka şəhərində ölənlərin sayı artıb. Açıqlamada axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyi bildirilir.
Evlər və bir sıra inzibati binaların su altında qaldığı Baiya-Blankada elektrik enerjisi də kəsilib.