EN

Suriyada yenidən vətəndaş müharibəsi başlaya bilərmi?



Suriyada devrilmiş prezident Bəşər Əsədə bağlı silahlı qruplar və hökumət qüvvələri arasında toqquşma başlayıb. Toqquşmaya səbəb Əsədə bağlı silahlıların Latakiyadakı Beyt-Ana yaxınlığında Müdafiə Nazirliyinin əməkdaşları və maşınlarını hədəf almasıdır. Nəticədə bir çox əyalətdə Suriyada bu cür hadisənin yaranacağı Əsədin devrildiyi ilk gündən gözlənilən idi. 13 illik vətəndaş müharibəsi nəticəsində müxalifətə qarşı hökumət tərəfindən təkcə nizami ordu deyil, həm də müxtəlif müxtəlif qanunsuz silahlı dəstələr vuruşurdu. Hakimiyyət dəyişikliyindən sonra bu qruplar çətin reylefi olan ərazilərə çəkilərək yeni hökumətə üsyan üçün hazırlağa başladılar. Suriyada qalxmasında əsasən 3 qüvvə daha maraqlı görünür.

Birincisi şübhəsiz ki, Əsəd ailəsidir. Onların əsas niyyəti yeni hökumətə öz güclərini göstərmək və Suriyanın idarə edilməsində müəyyən qədər söz sahibi olmaqdır. Bu illər ərzində Suriyada dövlətə məxsus olan müəssələrin gəlirləri dövlət büdcəsinə deyil, birbaşa Əsəd ailəsinin gizli xəzinəsinə daxil olub və görünür ki, onlar hələ də bəzi gəlir mənbələrini əllərində saxlamaq istəyirlər. Hadisələrin digər maraqlı tərəfi isə Rusiya ola bilər. Moskva Suriya ərazisində hərbi bazalarını qoruyub saxlamaq və bununla da ən böyük müttəfiqi Əsəd devrilsə belə Yaxın Şərqdə hələ də varlığını qoruduğunu göstərməyə çalışır. Hazırda əl - Şaraa hökuməti ilə Rusiya arasında bu məsələlərlə bağlı danışıqlar gedir. Ancaq rəsmi Moskva prosesdə əlini gücləndirmək üçün üsyançılardan istifadə edə bilər. Artıq silahlılar hökumətə qarşı mübarizə aparmaq üçün Rusiyadan hava dəstəyi istəyiblər.

Moskvanın onların çağırışına cavabsız qalması isə ehtimal ki, hökumətlə hələ da davam edən danışırlar görədir. Üsyançıların digər potensial dəstəkləyici olacaq ölkə isə İrandır. Bəşər Əsədin hakimiyyətdən devrilməsindən sonra Tehran regionda ən yaxın müttəfiqini itirməklə bərabər eyni zamanda Yaxın Şərqdəki proksilərinə dəstək göndərmək üçün tranzit yoldan da məhrum olub. Bu İrana əlavə problemlər yaradır. Rəsmi Tehran Dəməşqdəki yeni hökumətdən Əsəd dövründəki imtiyazlarının bərpasını istəyir. Təbii ki, əl - Şaraa hökuməti bununla razılaşa bilməz. İranın vətəndaş müharibəsində Əsədə verdiyi dəstək yeni hökumətin hələ də onlarla məsafəli qalmasına səbəb olur. Ancaq üsyanın uğur qazanması çox da gözlənilən deyil. Birincisi, üsyançıların sayı çox deyil və texnikası zəifdir. Digər həlledici amil isə Türkiyə və Səudiyyə Ərəbistan kimi bölgənin nüfuzlu ölkələrinin hökuməti dəstəkləməsidir. Ancaq buna rəğmən, Suriyada bundan sonra da bu cür lokal toqquşmaların yaşanması ehtimalı kifayət qədər yüksəkdir.

Zeynal Əmrəliyev, politoloq
Chosen
18
newscenter.az

1Sources