EN

Fələstin bayrağı ilə “Big Ben”ə dırmaşdı - Foto

Londonda bir nümayişçi Fələstin bayrağı ilə Londonun məşhur “Big Ben” qülləsinə dırmaşıb.

“Qafqazinfo” bu barədə “The İndependent” nəşrinə istinadən xəbər verir.

Hadisə nəticəsində Vestminster körpüsü bağlanıb. Ətrafda təhlükəzilik tədbirləri görülüb.

Xilasedicilər yanğınsöndürmə maşınının qaldırıcı platformasından istifadə edərək, şəxsi aşağı endirməyə çalışsalar da, o, qüllədə qalmağa davam edib.

Nəşr vurğulayır ki, o, 16 saatdan sonra sağ-salamat endirilib.






Chosen
17
2
qafqazinfo.az

3Sources