EN

Mingəçevirdə 16 yaşlı yeniyetmə bıçaqlandı

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

Referans.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Energetiklər yaşayış massivi ərazisində qeydə alınıb.

Belə ki, mübahisə zəmnində 2009-cu il təvəllüdlü şəhər sakini Pünar Asif oğlu Nəsrullayev bıçaqlanıb.

Xəstəxanaya çatdırılan yeniyetmənin həyatını xilas etmək mümkün olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan agentliyin sorğusuna cavab olaraq bildirilib ki, yeniyetməyə xəsarət yetirən şəxsin kimliyi müəyyən olunub.

Onun saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.


Chosen
23
1
referans.az

4Sources