EN

“Vuracağıq” təhdidinə generaldan məşhur atalar sözü ilə CAVAB

“Kiyev Kerç boğazı üzərindən Krım körpüsünü dağıtmaq üçün üçüncü dəfə hücum cəhdi etmək niyyətindədir”.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı Aleksey Neyjpapa deyib.

O etiraf edib ki, rus qoşunları dənizdə pilotsuz təyyarələrə qarşı effektiv müqavimət göstərməyi öyrəniblər, buna görə də Ukrayna döyüş gəmilərini modernləşdirib və onları zenit silahları, dronlarla təchiz edib.

Rusiya Dövlət Dumasının Krım bölgəsindən olan deputatı, istefada olan general-mayor Leonid İvlev Kiyevin hədələrinə atalar sözü ilə cavab verib .

“Toyuq hələ yumurtlamayıb, amma artıq qaqqıldayır”.

Chosen
9
konkret.az

1Sources