Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev qarışıq döyüş növləri üzrə turnirdə ("UFC-313")  yüngül çəki dərəcəsində növbəti görüşünü keçirib.
Â
Senzor.az bildirir ki, 32 yaşlı idmançı ABŞ təmsilçisi Castin Qeyci ilə üz-üzə gəlib.
Â
Las-Veqasda keçirilən görüşün üç raundunun yekununa əsasən, R.Fiziyev rəqibinə uduzub. Hakimlərin yekdil qərarı ilə amerikalı idmançı üstün olub - 29-28, 29-28, 29-28
Â
Xatırladaq ki, 2023-cü ilin martında "UFC 286" turnirində də R.Fiziyev C.Qeyciyə məğlub olmuşdu.