EN

Abşeronda yanğın olub

Abşeron rayonunun Novxanı kəndində yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Day.Az-a bildirilib ki, ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli 7 otaq və qarajdan ibarət evin 1-ci mərtəbəsində ümumi sahəsi 36 m² olan qarajın yanar konstruksiyaları və içərisində olan əşyalar, ümumi sahəsi 12 m² olan dəhlizin lambirdən ibarət tavanı 4 m² sahədə və həyətdəki "Hyundai" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Evin qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 
Chosen
35
21
day.az

10Sources