Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “İçəri şəhər” və “Sahil” stansiyalarında taktiki-xüsusi təlim keçirilib.
Yenisabah.az xəbər verir ki, təlimə rəhbərlikyi FHN-in Baş əməliyyat idarəsi həyata keçirilib.
Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun əsasən “İçəri şəhər” və “Sahil” stansiyaları arası 1-ci yol mənzilində “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Təlimə FHN-in ümumilikdə 11 ədəd texnikası və 76 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
Telegram kanalımız