EN

Qazaxıstanda 30-dan çox silah və sursat anbarı aşkar edilib

Qazaxıstan polisi 2022-ci ilin yanvar iğtişaşları zamanı oğurlananlar da daxil olmaqla, üç gün ərzində 30-dan çox silah və sursat anbarı tapıb.

Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əməliyyatın üç günü ərzində polis əməkdaşları 30-dan çox anbar və gizlənmə yeri aşkarlayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 360 ədəd müxtəlif növ odlu silah, 12 qumbara və 3 mindən çox patron götürülüb.

Bundan əlavə, 120-dən çox qanunsuz odlu silah saxlama və gəzdirmə faktı müəyyən edilib.

Bundan əvvəl Qazaxıstanda yaşayan ruslar ölkənin şimalındakı hesablarının bloklandığını bildirmişdilər.

DOĞRU.AZ

Chosen
23
dogru.az

1Sources