Çin, Rusiya və İran martın birinci yarısında İranın Çabahar limanı yaxınlığındakı sularda "Təhlükəsizlik əlaqəsi- 2025" adlı birgə hərbi dəniz təlimləri keçirəcək...
Poliqon modern.az-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
MÉ™lumata görÉ™, tÉ™limlÉ™r ilk növbÉ™dÉ™ iÅŸtirakçı ölkÉ™lÉ™rin silahlı qüvvÉ™lÉ™ri arasında qarşılıqlı etimadın vÉ™ praqmatik É™mÉ™kdaÅŸlığın dÉ™rinləşdirilmÉ™sinÉ™ xidmÉ™t edÉ™cÉ™k: "TÉ™limlÉ™r dÉ™niz hÉ™dÉ™flÉ™rinÉ™ hücumları, birgÉ™ axtarış-xilasetmÉ™ É™mÉ™liyyatlarını É™hatÉ™ edÉ™cÉ™k".Â
Qeyd olunur ki, Çin təlimdə iştirak etmək üçün "Baotou" esminesini və "Qaoyu Lake" təchizat gəmisini göndərəcək.
Xatırladaq ki, 2024-cü il noyabrın sonunda Rusiya Aerokosmik Qüvvələri və Çin Hərbi Hava Qüvvələri Yapon dənizi və Şərqi Çin dənizi sularında, həmçinin Sakit Okeanın qərb hissəsində patrul xidməti həyata keçirib.
Poliqon.infoÂ