EN

Mobil telefona görə 3 nəfər imtahandan xaric olundu

Bu gün orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, imtahanda 58732 şagird iştirak edib.

İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. 1 nəzarətçi isə iştirakçılara kömək etməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıb. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.

Chosen
4
13
publika.az

10Sources