Demokrat.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Həftənin qonağı” verilişində deyib.
O, dünyasını dəyişən oğlu Əlinin son sözlərini belə xatırlayır:
"Balam dünyasını dəyişəndə mənə üç söz dedi. Halı yox idi, baxdı mənə. Birdən-birə infarkt oldu. Özü başa düşürdü. Amma mən yox. Mədəsində ağrı olduğunu dedi. Plovu çox yedim, özümü pis hiss edirəm, söyləyib uzandı. Dedi özümü yaxşı hiss etmirəm, su istəyirəm. Evdə də bacım qonaqlarımız var. Dedi, o stəkana buz əlavə et. Cavab verdim ki, soyuq olar sənə. Dedi ki, ürəyim yanır, su istəyirəm. Suyu içdi, dedi getmə, ana, sənə söz demək istəyirəm. Mən oturmuşdum, o, isə uzanmışdı. Başını qucağıma aldım. Söylədi ki, ana, bizim əziyyətimizi çox çəkmisən, haqqını mənə halal et. Bu sözü xoşuma gəlmədi. Dedim o nə sözdür, halaldır. Söylədi ki, Tamerlanı (red. - Əlinin oğlu) sənə ümid oluram. Bir də dedi, heç vaxt səhnəyə qanıqara çıxma, səhnəni buraxma, bu sözlərimi qulağında sırğa kimi saxla. Fikirləşirdim ki, uşaqdır, zarafat edir. Amma bilmirəm niyə deyir. Sən demə o bilirmiş, getdiyi anı görür. Amma mən getdiyini görmürəm. Biz onu ciddiyə almadıq ki, bu, onun son sözləri olar. Ondan sonrasını danışmaq istəmirəm. Amma hər səhnəyə çıxanda Əlinin o sözləri qulağımdadır: Səni sevənlərin gözünü yolda qoyma, səhnəyə çıx, hər zaman şən əhval-ruhiyyədə ol, dostumuz-düşmənimiz var. Başa düşmürdüm ki, bunları niyə deyir. Nə vaxt səhnəyə çıxıram, o səs qulağımdadır, elə bil dünən deyib”.
10Sources
-
big.az"Oğlum dünyasını dəyişəndə mənə üç söz dedi" ( 15935159)
-
demokrat.az"Oğlum dünyasını dəyişəndə mənə üç söz dedi...” ( 15934813)
-
hit.az"Oğlum dünyasını dəyişəndə mənə üç söz dedi...” ( 15933837)
-
manset.az"Oğlum dünyasını dəyişəndə mənə üç söz dedi...” ( 15933807)
-
day.az"Ölüm ayağında mənə üç söz dedi" - Xalq artisti vəfat edən oğlundan danışdı ( 15933461)
-
milli.az"Ölüm ayağında mənə üç söz dedi" - Xalq artisti vəfat edən oğlundan danışdı ( 15932845)
-
sonxeber.az"Oğlum dünyasını dəyişəndə mənə üç söz dedi" ( 15932693)
-
axar.azOğlum öləndə mənə bu üç sözü dedi – Xalq artisti ( 15932647)
-
tribunainfo.az“Oğlum dünyasını dəyişəndə mənə üç söz dedi…” ( 15932497)
-
bizim.mediaNazpəri Dostəliyeva: “Oğlum dünyasını dəyişəndə mənə üç söz dedi...” ( 15932129)