EN

Rusiya bir həftə ərzində Ukraynaya 1200-ə yaxın bomba atıb - Zelenski

Rusiya bir həftə ərzində müxtəlif növ silahlarla Ukraynaya yüzlərlə hücum həyata keçirib, mindən çox bomba və yüzlərlə hücum dronu atıb.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial media səhifələrində bildirib.

Onun sözlərinə görə, son bir həftə ərzində Rusiya Federasiyası Ukrayna ərazisinə 1200-ə yaxın idarəolunan aviasiya bombası, 870-ə yaxın hücum dronu və 80-dən çox müxtəlif təyinatlı raket atıb.

“Rusiyanın istifadə etdiyi hər bir “Şahed”, hər bir aviasiya bombası, xüsusən də sanksiyalardan yayınmaq üçün verilən komponentləri ehtiva edir. Bu silahların tərkibində 82 mindən çox xarici komponent var”, - deyə o bildirib.

Chosen
1
2
publika.az

4Sources