İsrail ordusu Qəzza zolağına yeni hava zərbəsi endirib.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər verib.
Â
"Bu gün, bazar günü, Qəzzanın şimalında İsrail Müdafiə Ordusu qoşunlarının yaxınlığında yerə partlayıcı qurğu yerləşdirməyə cəhd edən bir neçə terrorçu tapılıb. İsrail Hərbi Hava Qüvvələri terrorçulara zərbələr endirib", - deyə bildirilib.