EN

MPL: "Şamaxı" "Sabah"ı yendi, "Zirə" "Səbail"ə qarşı - YENİLƏNİR

Misli Premyer Liqasında 26-cı tur davam edir.

Fanat.Az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.

Öncə “Şamaxı” “Sabah”ı qəbul edib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyunu “Zirə” ilə “Səbail” arasında keçiriləcək.

Daha əvvəl “Qarabağ” “Araz-Naxçıvan”a 3:1 hesabıyla qalib gəlib. “Sumqayıt” – “Kəpəz” və “Neftçi” – “Turan Tovuz” oyunları sabah keçiriləcək.

Misli Premyer Liqası
26-cı tur
9 mart

“Şamaxı” “Sabah” 1:0 

Qol: Edqar Adilxanov, 30
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
Şamaxı şəhər stadionu, 15:00.

Şamaxı: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 12. Maykl Tuik, 32. Vasili Radenoviç, 93. Brahim Konate, 30. Andrey Tırkovyanu, 3. Vladislav Veremeyev, 66. Vasili Bakiç.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 5. Arsen Ağcabəyov, 23. Murad Vəliyev, 18. Cəlal Hüseynov, 19. Fəxri Məmmədli, 33. Alfons Msanqa.
Baş məşqçi: Ayxan Abbasov.
Sabah: 92. Stas Pokatilov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 7. Boyan Letiç, 4. Sofian Çakla, 70. Jesse Sekidika (k), 3. Con İrasabal, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 10. Namik Ələskərov, 15. Seymur Məmmədov, 32. Elgün Dünyamalıyev, 18. Pavol Şafranko, 40. İqor Noqeyra, 12. Vensan Till, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski.

“Zirə” Səbail
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamranbəy Rəhimov.
Zirə İdman Kompleksinin stadionu, 17:30.

Chosen
9
fanat.az

1Sources