EN

Premyer Liqa: "Şamaxı" "Sabah"ı məğlub edib

"Şamaxı" Misli Premyer Liqasında "Sabah"a qalib gəlib.

 Şamaxı şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Otuzuncu dəqiqədə Edqar Adilxanov fərqlənib. Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran "Şamaxı" yeddinci pillədə qərarlaşıb. Paytaxt klubu 34 xalla beşinci sıradadır.

Günün saat 17:30-da başlayacaq oyununda "Zirə" "Səbail"i qəbul edəcək.

Qeyd edək ki, tura martın 10-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib.

Chosen
10
5
news365.az

7Sources