EN

İmtahanda şagirdin qulaq aparatı çıxarılıb? - DİM-dən cavab

  Bu gün baş tutan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında eşitmə qabiliyyəti olmayan şagirdin qulaq aparatının çıxarıldığı iddia edilib.

Referans.az xəbər verir ki, bu barədə valideynlərdən biri Dövlət İmtahan Mərkəzinin (DİM) feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, III qrup əlil olan eşitmə əngəlli şagirdin eşitmə cihazı nəzarətçilər tərəfindən çıxarılıb.

Valideynin etirazına cavab olaraq DÄ°M-dÉ™n bildirilib ki, DÄ°M tÉ™rÉ™findÉ™n É™lilliyi olan ÅŸÉ™xslÉ™r üçün imtahan zamanı É™lveriÅŸli ÅŸÉ™rait yaradılır. Ancaq bunun üçün hÉ™min ÅŸÉ™xslÉ™r imtahana É™n azı 14 gün qalmış É™lilliyi tÉ™sdiq edÉ™n sÉ™nÉ™dlÉ™rin É™slini DÄ°M-É™ vÉ™ ya onun regional bölmÉ™lÉ™rindÉ™n birinÉ™ tÉ™qdim etmÉ™li vÉ™ ya müvafiq É™rizÉ™ ilÉ™ birlikdÉ™ bu sÉ™nÉ™dlÉ™rin skan olunmuÅŸ surÉ™tini onlayn qaydada DÄ°M-in elektron poçtuna ([email protected]) göndÉ™rmÉ™lidirlÉ™r:

"Siz də övladınızın imtahanda müvafiq cihazdan istifadə edəcəyi ilə bağlı öncədən DİM-ə müraciət etməli idiniz".

Həmçinin bildirilib ki, şagird nəzarətçinin müvafiq izahatını və dinləmə mətnini dinlədikdən sonra nəzarətçi aparatı ondan alıb və imtahan başa çatandan sonra ona təqdim edib.//metbuat.az  

Chosen
642
6
referans.az

7Sources