EN

Azərbaycandakı xidmətlərdən ən çox bu ölkələrdən gələn turistlər narazı qalıb – Siyahı


Bu ilin yanvar ayında turizm məqsədilə Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 101 min 531 nəfəri göstərilən xidmətləri qənaətbəxş hesab edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkəyə gələn turistlərin 11 min 685 nəfəri isə göstərilən xidmətləri qənaətbəxş hesab etməyib.
Turistlər ən çox avtobusların xidmətindən narazı qalıblar. 2 min 455 turist hesab edib ki, avtobusla sərnişindaşıma xidməti qənaətbəxş deyil.
Bundan başqa 2 min 189 turist ictimai iaşə (kafe, restoran və s.) xidmətlərindən, 1 733 turist taksi xidmətindən, 1 254 turist bələdçi xidmətlərindən, 1 039 turist yerləşmə xidmətindən, 746 turist isə metro xidmətindən narazılıq edib.
Azərbaycanda onlara göstərilən xidmətlərdən ən çox narazı qalan turistlər aşağıdakı ölkələrdən olub:
Rusiya – 3 151 nəfər
Hindistan – 1 404 nəfər
Türkiyə – 1 373 nəfər
Pakistan – 626 nəfər
Səudiyyə Ərəbistanı – 549 nəfər
Birləşmiş Ərəb Əmirlikləri – 482 nəfər
Gürcüstan – 482 nəfər
Küveyt – 437 nəfər
Qazaxıstan – 350 nəfər
Özbəkistan – 194 nəfər

Elnur Əli
Chosen
18
yeniavaz.com

1Sources