EN

Bakıda iki bitişik evdə yanğın oldu

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 270 m² (hər mərtəbəsi 135 m²) olan kürsülü, ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.
 

Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən xəbərə görə, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Chosen
11
12
sfera.az

10Sources