Ukraynalı sabiq futbolçu Aleksey Şubin cəbhə bölgəsində həlak olub.Metbuat.az Ukrayna KİV-ə istinadla xəbər verir ki, o, Xarkov vilayətinin Liptsı yaşayış məntəqəsi yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən həyatını itirib.
Qeyd edək ki, 49 yaşlı A.Şubin Çerniqov şəhərinin "Desna" komandasının keçmiş futbolçusudur.