Xaçmaz şəhəri ərazisində yük avtomobili yanıb.

Leqal.info xəbər verir ki, hadisə Xaçmaz-Niyazoba avtomobil yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinə məxsus zibil daşıyan yük avtomobili qəfil alışıb. Nəqliyyat vasitəsinin kabinəsi tamamilə yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın məhdudlaşdırılıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info