EN

İftardan sonra bədəninizə ağırlıq çökürsə, diqqət: Səbəbi bu ola bilər

İftardan sonra bədəninizə ağırlıq çökürsə, diqqət:

Ramazan ayında oruc tutanlar üçün iftardan sonra qan şəkərinin balansını qorumaq vacibdir. Mütəxəssislər bildirirlər ki, iftara kiçik porsiyalarla başlamaq, tələsmədən yemək və lifli qidalara üstünlük vermək qan şəkərinin qəfil yüksəlməsinin qarşısını almağa kömək edir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, iftarı şorba kimi yüngül yeməklərlə açmaq mədənin həzmini asanlaşdırır və toxluq siqnallarını düzgün ötürməyə imkan yaradır. Tam buğda çörəyi, tərəvəz və tam taxıllı qidalar qan şəkərinin kəskin dəyişməsinin qarşısını alır. İçki seçimində isə qazlı içkilər və meyvə şirələri əvəzinə su, mineral su, ayran və yüngül çay tövsiyə edilir.

Sahurda düzgün qidalanma

Sahurda yumurta, pendir, tam taxıllı çörək və mövsümi tərəvəzlər kimi zülal və liflə zəngin qidalar seçilməlidir. Ağır, yağlı və ədviyyatlı qidalardan uzaq durmaq lazımdır, çünki bu tip qidalar gün ərzində susuzluğa səbəb ola bilər. Eyni zamanda, sahurda kifayət qədər su içmək qan şəkərinin stabil qalmasına kömək edir.

İftardan sonra fiziki fəaliyyət və nəzarət

İftardan sonra yüngül gəzinti həzmi asanlaşdırır və qan şəkərini tənzimləməyə kömək edir. Gün ərzində qan şəkərinin mütəmadi ölçülməsi də balansın qorunmasına töhfə verir.

Maye və mineral balansı

İftardan sahura qədər kifayət qədər su içmək bədənin maye ehtiyacını ödəyir. Ayran və şəkərsiz kompot kimi içkilər də mineral balansının qorunmasına kömək edə bilər.

Həkim məsləhətləri vacibdir

Diabet xəstələri oruc tutarkən həkimlərinin məsləhətlərinə əməl etməli, dərman qəbulunu düzgün nizamlamağa diqqət etməlidirlər. Oruc tutmaq istəyən diabet xəstələri əvvəlcə həkimləri ilə məsləhətləşməli və sağlamlıqlarını yaxından izləməlidirlər.

Bu qaydalara riayət etməklə, Ramazan ayında sağlam oruc tutmaq və orqanizmin balansını qorumaq mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az


Chosen
13
e-saglam.az

1Sources