EN

Həftənin bu günü əməliyyat olunmayın — Ölüm riski yüksəkdir

ABŞ, Kanada və Avropada aparılan araşdırmalar göstərir ki, əməliyyat üçün ən təhlükəsiz gün bazar ertəsidir.

Demokrat.az  e-saglam.az-a istinadən xəbər verir ki, mütəxəssislər cümə günü edilən əməliyyatlarda fəsad və ölüm riskinin daha yüksək olduğunu bildirirlər. Statistikaya görə, həftənin ilk günü əməliyyat olunanların sağ qalma şansı 5 faiz daha yüksəkdir.

40 mindən çox xəstə üzərində aparılan araşdırma göstərib ki, cümə günü əməliyyat olunanlarda risk 5-6 faiz artır. Yalnız ölüm riski baxımından isə bu göstərici 10 faizə çatır.

Chosen
5
10
demokrat.az

10Sources