EN

Sabiq futbolçu müharibədə həlak oldu

Ukraynanın "Desna" və "Çerkassı" klublarının sabiq futbolçusu Aleksey Şubin cəbhədə həlak olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyası məlumat yayıb.

Aleksey Şubin 18 noyabr 2024-cü ildə Xarkov vilayətinin Liptsi kəndi yaxınlığında döyüş tapşırığı zamanı həlak olsa da, onun ölümü indi məlum olub.

Qeyd edək ki, 49 yaşlı idmançı Ukrayna Milli Qvardiyasında baş kəşfiyyat çavuşu olub.

Milli.Az 

Chosen
28
4
milli.az

5Sources