EN

“Zirə” “Səbail”i məğlub etdi

Misli Premyer Liqasının XXVI turunun daha bir matçı keçirilib. 

Yenisabah.az xəbər verir ki, "Zirə" "Səbail"i qəbul edib.

Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

90+6-cı dəqiqədə Ruan Renato "Zirə"nin qələbə qoluna imza atıb.

Bu nəticədən sonra xallarının sayını 51-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. "Səbail" 18 xalla sonuncu - 10-cu sıradadır.

Qeyd edək ki, tura martın 10-da yekun vurulacaq. 


Telegram kanalımız
Chosen
5
yenisabah.az

1Sources