EN

Bəzi futbolçular bu transferə qarşı çıxdı - “Barselona”da

“Barselona”, əvvəllər də xəbər verildiyi kimi, hazırda Braziliyanın “Santos” klubunda çıxış edən hücumçu Neymarı geri qaytarmaqda maraqlıdır.

Sportinfo.az “El Nacional”-a istinadən xəbər verir ki, Kataloniya klubunun bəzi futbolçuları isə braziliyalı oyunçunun transferinə qarşı çıxıblar.

Lamin Yamal və Fermin Lopes 33 yaşlı forvardı “Barselona”da görmək istəmir. Hər iki oyunçu onun transferinin komandadakı harmoniyaya və nəticələrə mənfi təsir edəcəyini düşünür.

Bundan başqa, bir sıra futbolçular Neymarın baş məşqçi Hans-Diter Flikin sisteminə uyğunlaşa bilməyəcəyinə inanırlar.

Daha əvvəl mənbələr “Barselona”nın Neymarın qayıtması üçün şərt qoyduğunu bildirmişdi. Kataloniya klubu onun yaya qədər ən azı 15 qol vurmasını istəyir.

Guya ki, bu, Neymarın zədədən sonra yenidən yüksək formada olduğunu təsdiq edəcək.

Chosen
14
sportinfo.az

1Sources