EN

Rubio: “Starlink” olmasaydı Ukrayna münaqişəni uduzardı

Marko Rubio Polşanın xarici işlər naziri Radoslav Sikorskinin açıqlamasını şərh edib.

"ABŞ Ukraynanı Starlink peyk rabitə sistemindən ayırmağı planlaşdırmır, onsuz Kiyev münaqişədə məğlub ola bilərdi."

Operativ Media xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində bildirib.

O, Polşanın xarici işlər naziri Radoslav Sikorskinin açıqlamasını şərh edib.

Sikorski iddia edib ki, ölkəsinin rəqəmsallaşma nazirliyi Ukrayna üçün Starlink xidmətinə ildə təxminən 50 milyon dollar ödəyir və Starlink-in sahibi olan SpaceX şirkətini Kiyevi sistemdən ayırmağa hazır olduğu üçün tənqid edib.

"Sadəcə olaraq uydurursunuz. Heç kim Ukraynanı Starlink-dən ayırmaqla hədələməyib. Və təşəkkür edin, çünki Starlink olmasaydı, Ukrayna çoxdan bu müharibəni uduzardı və ruslar indi Polşa sərhədində olardılar," – deyə ABŞ dövlət katibi vurğulayıb.

Qeyd edək ki, daha əvvəl İlon Mask bildirib ki, Starlink Ukrayna ordusunun əsas dayağıdır və onun söndürüləcəyi təqdirdə Ukraynanın cəbhə xətti tamamilə çökəcək.

Chosen
25
9
operativmedia.az

10Sources