EN

Odeqard “Arsenal”ın çempion olmaq ehtimalından danışdı

“Arsenal”ın yarımmüdafiəçisi Martin Odeqard komandasının Premyer Liqanı qazanmaq şansları ilə bağlı sualı cavablandırıb.

Futbolpress.az xəbər verir ki, norveçli futbolçu çempionluq yarışında sona qədər mübarizə aparacaqlarını bildirib:

“Arsenal” çempionluq uğrunda sona qədər mübarizə aparacaq. Biz bunu üç ildir ki, edirik. Bir neçə il əvvəl böyük fərqlə birinci olsaq da, sonda ikinci olduq. Futbolda hər şey mümkündür”.

Keçirilən 27 turdan sonra “Arsenal” 54 xalla Premyer Liqada ikinci, “Liverpul” isə 70 xalla liderdir. “Topçular” liderdən iki matç daha az keçirib.

Odeqard bu mövsüm Premyer Liqada 19 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Chosen
21
futbolpress.az

1Sources