Bakı. Trend:
Ankara Suriyanın Latakiya şəhərində baş verən hücumlarla bağlıməlumatı demək olar ki, dərhal aldı, orada nə baş verdiyini bilirvə bunu keçmiş prezident Bəşər Əsəd tərəfdarlarının Suriyanınbirliyini pozmaq cəhdi hesab edir.
Trend-inməlumatına görə, bu barədə Türkiyənin hakim Ədalət və İnkişafPartiyasının sözçüsü Ömər Çelik deyib.
"Baş verənlərin ölkəmizlə bağlı dini ədavətin qızışdırılmasıkimi təqdim olunduğunu görürük. Latakiyada baş verənləri eşidəndə30 saniyə ərzində bu terror aktını həyata keçirən qruplaşmadanxəbər tutduq və bunun arxasında kimin dayana biləcəyini dərhalanladıq. Türkiyə bütün bu hadisələrdən xəbərdardır və kimin kimolduğunu çox gözəl bilir. Bu hücum Əsəd rejimindən qalan və onudirçəltməyə çalışan qüvvələrin hərəkətlərinin nəticəsidir", - deyəo bildirib.
O, Türkiyənin Latakiyada baş verənləri “Suriyanın birliyinipozmağa yönəlmiş terror aktı” kimi qiymətləndirdiyinə diqqət çəkib.Həmçinin O.Çelikin sözlərinə görə, gələcəkdə dini və etnik zəmində“yeni təxribatlardan ehtiyatlı olmalıyıq”.
Eyni zamanda, o, ictimaiyyəti Latakiyadakı vəziyyəti təsviredərkən termin seçimində daha diqqətli olmağa və hücumlarınarxasında Suriyadakı hər hansı dini və ya etnik qrupa mənsubterrorçuların dayanması barədə bəyanatlardan çəkinməyə çağırıb.