EN

Hazırda 8 klubun hədəfindədir - “Mançester Yunayted”in müdafiəçisi

“Mançester Yunayted”in müdafiəçisi Viktor Lindelöf cari mövsümün sonunda komandanı tərk edə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun xidmətində İngiltərə Premyer Liqasının dörd, İtaliya A Seriyasının üç klubu və onun əvvəllər formasını geyindiyi “Benfika” maraqlıdır.

Bildirilir ki, isveçli müdafiəçini “Milan”, “İnter”, “Yuventus”, “Vest Hem”, “Everton”, “Vulverhempton” və “Fulhem” izləyir.

Lindelöf bu mövsüm bütün yarışlarda 12 oyun keçirib. Onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti bu yay başa çatacaq.

Chosen
47
4
sportinfo.az

10Sources