EN

Rəşad Sadıqov: "Bu tip oyunlarda nadir hallarda qalib gəlirsən"

"Çox stressli, emosional oyun alındı. Cavid Hüseynovu təbrik edirəm, çox yaxşı işlər görür, döyüşkən komanda formalaşdırıb".

İdman.biz xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 26-cı turu çərçivəsində "Səbail"lə oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, rəqibi analiz edəndə müəyyən çətinliklər çəkiblər. "Qış fasiləsindən sonra iddialı klublara uduzmamışdılar. "Səbail" əzmkar komandadır. Çətin olacağını bilirdik. Erkən qol vurmaq istədik ki, oyun daha rahat keçsin. Ancaq cəhdlərimiz uğursuz alınırdı. İkinci hissədə də qol epizodlarımız oldu. Şükürlər olsun ki, qol vurub, qalib gəldik. Futbolçular ruhdan düşmürdü. Onları təbrik edirəm".

Baş məşqçinin sözlərinə görə, bu tip oyunlarda nadir hallarda qalib gəlirsən: "Qol vurmasaydıq da, oyunçularıma oyuna görə minnətdarlıq bildirəcəkdim. Dirəkdən dönən 3 topumuz oldu. Son hücumda qol vurmaq dramatik alındı. Bu, futbolçularımızı bir az da böyütməlidir. Özümüz üçün nəticə çıxarmalıyıq ki, sona qədər oynamaq lazımdır. Əvvəlki matçlarda da son dəqiqədə qol vurmuşuq. Amma bu, başqa şey idi, komandamızı böyütməlidir".

Rəşad Sadıqov yeni transfer barədə də danışıb: "Qimanı 4-5 ildir tanıyıram. "Zirə"yə yeni gələndə də danışıqlar aparırdıq, daim əlaqədəydik. Ondan sonra Portuqaliyaya getdi, Polşada oynadı. Uğurlu karyerası olub. Yayda da danışırdıq. Fürsət yarandı, onu gətirdik. Hələ hazır deyil. 2 aydır klubsuzdur. Özünə gəlməsi ay yarım çəkəcək".

O, son saniyədə gələn qolun futbol tanrısının hədiyyəsi kimi dəyərləndirilməsinin düzgün olmadığını deyib: "Allah birdir, təkdir. Futbol, basketbol tanrısı deyə bir şey yoxdur. Allah sonda bizə kömək oldu. Onun köməyi olmadan uğur əldə edə bilmərik".

İdman.biz

Chosen
35
10
idman.biz

10Sources