Türkiyə 1-ci Liqasının 29-cu turunda "Çorum" "Gençlerbirliği"nin qonağı olub.
Offsideplus.az xəbər verir ki, görüş qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin üzvü Coşqun Diniyev də bu görüşün iştirakçısı olub.
Yeni baş məşqçi Tuncay Şanlı Coşquna start heyətdə şans verib və futbolçumuz 90 dəqiqə top qovub.
Qeyd edək ki, "Çorum" hazırda turnir cədvəlində 42 xalla 8-ci yerdə qərarlaşıb. "Gençlerbirliği" isə 48 xalla ilk "3-lüy"ü tamamlayır.