EN

Emin Mahmudovdan daha bir NÜMUNƏVİ ADDIM!

Emin Mahmudov Tovuz səfərində nümunəvi addımla yadda qalıb.

Premyer Liqanın 25-ci turunun "Kəpəz"lə Tovuz şəhər stadionunda keçirilən görüşdən sonra bir nəfər təcrübəli futbolçuya yaxınlaşıb.

Özünü şəhid ailəsinin üzvü kimi təqdim edən şəxs sabiq kapitandan şəhidin övladı üçün forma istəyib.

Mahmudov istəyi eşidincə ayaq saxladı, yenidən paltardəyişmə otağına qayıtdı.

Bir neçə dəqiqə sonra əliboş qayıdan futbolçu həmin şəxsə yaxınlaşaraq üzrxahlıq etdi ki, indi gecdir, forma verməyim alınmayacaq.

Davamında əlavə etdi ki, mümkünsə Bakıda kimsə mənimlə əlaqə saxlasın mütləq formanı sizə təqdim edim.

Aldığı cavabdan xoşbəxt olan həmin şəxs klubun mətbuat katibi Asəf Zeynallıdan əlaqə nömrəsi alaraq oradan uzaqlaşdı.

XANOĞLAN / SPORTİNFO.AZ

Chosen
23
sportinfo.az

1Sources