EN

Hava yenidən soyuyur VİDEO

Qarşıdan gələn günlərdə güclü külək, güclü yağış gözlənilmir. Ancaq bu günün  havası 18 dərəcə isti idisə, qarşıdakı günlərdə temperatur soyuyacaq. Ayrı-ayrı yerlərdə duman olacaq.

Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Proqnozlar Bürosunun direktoru bildirdi ki, bölgələrdə qərb küləyi əsəcək.

Martın 10-da atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
8
xezerxeber.az

1Sources