EN

La Liqa: "Real Madrid" evdə üç xala sevinib

Bakı, 9 mart, AZƏRTAC

İspaniya La Liqasında 28-ci turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionluq mübarizəsi aparan "Real Madrid" doğma meydanda "Rayo Vallekano"nu qəbul edib. Görüş ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 57-yə çatdıran "Kral klubu" ikinci pilləyə yüksəlib. Qonaqlar isə 36 xalla yeddinci yerdə qərarlaşıblar.

Chosen
44
9
azertag.az

10Sources