EN

İran ABŞ-lə danışıqların şərtini açıqlayıb


İran ABŞ-lə mümkün danışıqların şərtini açıqlayıb.
Yeniavaz.com
xarici KİV-lərə istinadən xəbər verir ki, bununla bağlı İranın BMT-dəki missiyası bəyanat yayıb.
“Əgər danışıqların məqsədi İranın nüvə proqramının hər hansı potensial hərbiləşdirilməsi ilə bağlı narahatlıqları aradan qaldırmaqdırsa, bu cür müzakirələr nəzərdən keçirilə bilər. Bununla belə, əgər məqsəd Obamanın əldə edə bilmədiyi şeyin indi əldə edildiyini iddia etmək üçün İranın dinc nüvə proqramını geri qaytarmaqdırsa, belə danışıqlar heç vaxt baş tutmayacaq”, - deyə bəyanatda bildirilib.
Chosen
19
yeniavaz.com

1Sources