ABŞ-ın Çikaqo şəhərindən Hindistanın paytaxtı Yeni Dehliyə uçan təyyarənin tualeti dolub daşdığı üçün reys təxirə salınıb.
Bizim.Media xəbər verir ki, "Air India" aviaşirkətinə məxsus təyyarə Atlantik okeanı üzərindən geri dönməli olub.
Sərnişinlər 10 saat havada qalmalı olublar. Təyyarənin göyərtəsində üç yüzə yaxın sərnişin olub.
Hindistanın paytaxtına uçuş 14 saat davam etməli idi.
Bizim.Media