EN

Suriyadakı qarşıdurmalarda ölən hərbçilərin sayı AÇIQLANDI

Suriya təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında baş verən silahlı toqquşmalarda 231 hökumət döyüşçüsü həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalına təhlükəsizlik mənbəsi məlumat verib.

“Sahil boyu əməliyyatlar zamanı Müdafiə Nazirliyinin və Təhlükəsizlik Xidmətinin 231 əməkdaşı həlak olub”, - məlumatda deyilir.

Daha onlarla hərbçinin itkin düşdüyü də qeyd edilir.

Bizim.Media

Chosen
10
2
bizim.media

3Sources