EN

Bu avtomobil ixracına mənfi TƏSİR EDƏCƏK - 40 milyardlıq zərər

ABŞ-ın martın 4-dən Kanada və Meksikadan idxal olunan məhsullara 25 faizlik əlavə gömrük rüsumları tətbiq etməyə başlaması Yaponiyanın avtomobil istehsalçılarına da təsir edəcək.

Avtosfer.az xəbər verir ki, rüsumlar yapon şirkətlərinin Kanada və Meksikada istehsal etdikləri avtomobillərə də şamil olunacaq. Yaponiya Xarici Ticarət Təşkilatı (JETRO) “Nissan”, “Toyota”, “Mazda” və “Honda” firmalarının Meksika və Kanadadakı zavodlarında istehsal olunan avtomobillərin əsas hissəsinin ABŞ-a ixrac edildiyini əsas götürərək, tarif qərarının həmin şirkətlərin istehsalına və satışına, habelə təchizat zəncirindəki kiçik və orta şirkətlərə də ciddi təsir göndərəcəyini proqnozlaşdırıb. Yaponiya mediası şirkətlərin vəziyyətdən çıxış yolu axtarmağa başladıqlarını yazır. Onların bəziləri avtomobil hissələrini ABŞ-a ixrac edib, yekun yığım prosesini orada tamamlamağı düşünür.

JETRA-nın məlumatına əsasən “Nissan” 2023-cü ildə Meksikada istehsal etdiyi 615 min avtomobilin 40 faizini, “Toyota”nın isə 250 min avtomobilinin 90 faizini Birləşmiş Ştatlara ixrac edib. “Mazda” və “Honda isə müvafiq olaraq istehsalın 50 və 80 faizini ABŞ-da satıb.

ABŞ-ın tarif siyasəti Yaponiya şirkətlərinin gələcək planları üçün də təhlükə yaradır. Belə ki, “Asahi Kasei” şirkəti “Honda” ilə birlikdə Kanadada elektrik avtomobilləri üçün litium batareyalar istehsal edən müəssisə açmağı planlaşdırıb.

Prezident Donlad Trampın tarif planının Yaponiyanın ABŞ-a 40 milyard dollarlıq nəqliyyat vasitələri ixracına təhdid yaradır. Avtomobillər Yaponiyanın ABŞ-a ixracının təxminən 25 faizini təşkil edir. Yapon şirkətləri hökuməti Tramp administrasiyasına təzyiq göstərməyə çağırıb. Yaponiya Avtomobil İstehsalçıları Assosiasiyasının sədri Katayama Masanori ölkənin iqtisadiyyat, ticarət və sənaye naziri Muto Yoci ilə görüşərək məsələyə dair fikir mübadiləsi aparıb. Katayama Masanori bildirib ki, 25 faizlik rüsumlar təkcə Yaponiya deyil, həm də ABŞ iqtisadiyyatına mənfi təsir edəcək.

 

Mənbə: “Azərtac”

Chosen
12
2
avtosfer.az

3Sources