EN

Rusiya DİN-dən azərbaycanlılara da aid olan xəbərdarlıq

  Qanun pozuntularına görə 685 min əcnəbi nəzarət edilən şəxslərin reyestrinə daxil edilib.

Referans.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev deyib.

“Bu reyestrin əsas məqsədi ölkəmizdə yaşamaq üçün qanuni əsaslarını itirmiş vətəndaşların sayını məhdudlaşdırmaqdır”, – o bildirib.

Kolokoltsev əlavə edib ki, reyestrin tətbiqi əcnəbiləri Rusiyada yaşamalarını leqallaşdırmağa təşviq etməlidir:

“Aprelin 30-dək onlar Daxili İşlər Nazirliyinin orqanlarına gəlməli, Rusiyada olmalarını qanuniləşdirməli, lazımi sənədləri təqdim etməlidirlər. Yalnız bundan sonra bu reyestrdən çıxarılacaqlar”.

Qeyd edək ki, Rusiya Federasiyasında nəzarət edilən şəxslərin reyestrinə fevralın 5-dən start verilib.  

Chosen
20
4
referans.az

5Sources