EN

Azərbaycan gender bərabərliyinə görə regionda son sıralarda yer alıb — DİF

Dünya İqtisadi Forumu (DİF) 2024-ci il üçün 146 ölkəni əhatə edən gender bərabərliyi reytinqini açıqlayıb. Azərbaycan əvvəlki illə müqayisədə 6 pillə geriləyərək 103-cü sıraya düşüb. 

Yeniavaz.com Dünya İqtisadi Forumunun gender bərabərliyilə bağlı hesabatına ("The Global Gender Gap Index 2024") istinadən bildirir ki, Azərbaycan gender bərabərliyinə görə keçmiş sovet respublikaları və region ölkələri arasında son sırada yer alıb.

Keçmiş sovet respublikaları və region ölkələrinin 146 ölkə arasındakı mövqeyi aşağıdakı kimi olub:

11 – Litva

13 – Moldova

29 – Estoniya

30 – Latviya

55 – Belarus

63 – Ukrayna

64 – Ermənistan

69 – Gürcüstan

76 – Qazaxıstan

90 – Qırğızıstan

103 – Azərbaycan

108 – Özbəkistan

112 – Tacikistan

127 – Türkiyə

143 - İran

Qeyd edək ki, Rusiya hesabata daxil edilməyib.

Məlumat üçün bildirək ki, hesabat hazırlanarkən 4 əsas parametr üzrə qiymətləndirmə aparılır. Bu parametrlər - iqtisadi inkişaf və imkanlar, təhsil səviyyəsi, sağlamlıq və təhlükəsizlik, həmçinin siyasətdə iştirak kimi göstəricilərə baxılır. Qiymətləndirmə 0 baldan 1 bala qədər olur. 0 bal o deməkdir ki, həmin ölkədə gender bərəbarəliyi yoxdur, 1 bal isə ölkədə gender bərabərliyinin tam təmin olunduğu deməkdir.

Açıqlanan hesabata görə hazırda dünyada gender bərabərliyinin tam təmin olunduğu ölkə yoxdur. Ən yüksək göstərici İslandiyada qeydə alınıb. Bu ölkəyə 0,935 bal verilib. İkinci sırada yer lan Finlandiyanın balı 0,875 olub.
Gender bərabərliyinin ən aşağı səviyyədə olduğu ölkələrin başında Sudan (0,568 bal) və Pakistan (0,570 bal) yer alır.
Chosen
12
2
demokrat.az

3Sources