Bu il qəbul imtahanlarında bəzi ixtisaslar üzrə keçid balları artacaq.
Təhsil eksperti Kamran Əsədov "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, bu il ali təhsil müəssisələrinə ərizə verənlərin sayı ötən illərlə müqayisədə çoxdur. Bu isə qəbul prosesi zamanı ciddi rəqabətin yaranmasına səbəb olacaq.
Kamran Əsədovun sözlərinə görə buraxılış imtahanlarında orta və yüksək bal toplayan abituriyentlərin çoxluğu da keçid ballarına təsir edəcək.
Təhsil eksperti bildirib ki, Qarabağ universitetində tibb ixtisasının da yaradılması, bu ixtisas üzrə də keçid ballarının artacağını özündə ehtiva edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.