EN

Azərbaycan Basketbol Liqasında tura yekun vurulub

Bakı, 9 mart, AZƏRTAC

Azərbaycan Basketbol Liqasında XVII tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, günün son qarşılaşmasında "Sumqayıt" "Ordu"nu sınağa çəkib.

Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunan görüş meydan sahiblərinin 122:116 hesablı qələbəsi ilə başa çatıb.

Bu gün keçirilmiş ilk oyunda "Gəncə" "Lənkəran"ı məğlub edib - 90:76.

Qeyd edək ki, turun əvvəlki görüşlərində NTD "Naxçıvan"ı 85:78, “Sabah” “Neftçi”ni 105:77, “Şəki” “Quba”nı 66:63, "Abşeron" "Sərhədçi"ni 77:75 hesabları ilə üstələyib.

Chosen
25
2
azertag.az

3Sources