İtaliya A Seriyasının 28-ci turu çərçivəsində bu gün baş tutan matçda "Fiorentina"nı məğlub edən "Napoli" "qara zolaq"dan çıxıb.
Fanat.Az xəbər verir ki, Neapol təmsilçisi çempionatdakı 5 oyunluq qələbəsizliyə öz meydanında son qoyub - 2:1.
Antonio Kontenin çalışdırdığı kollektiv ölkə birinciliyindəki əvvəlki zəfərinə yanvarın 25-də sevinmişdi. Həmin vaxt "Yuventus"u yenən kollektiv ardından "Roma" (1:1), "Udineze" (1:1), "Latsio" (2:2) və "İter" ilə heç-heçəyə razılaşmış, "Komo"ya isə (1:2) uduzmuşdu.
Qeyd edək ki, 28 oyuna 60 xal toplayan "Napoli" turnir cədvəlinin 2-ci pilləsində mövqe tutub. 61 xala malik "İnter" isə liderdir.
Nihat